Gimnastlarımız çıxışlarını başa çatdırıblar

Gimnastlarımız çıxışlarını başa çatdırıblar
 
Ukraynanın paytaxtı Kiyevdə təşkil olunan bədii gimnastika üzrə dünya çempionatında təmsilçilərimiz çoxnövçülük finalında çıxışlarını başa vurublar. Gimnastlarımızdan Marina Durunda və Lalə Yusifova 24 idmançı arasında mükafatçılar sırasına düşə bilməyib. Dörd hərəkətin nəticəsinə görə, 65.532 bal toplayan Lalə Yusifova alman gimnastı ilə birgə 13-cü yeri bölüşüb. Marina Durunda isə 64.882 bal toplayaraq 16-cı yerlə kifayətlənib. Xatırladaq ki, bundan əvvəl Durunda lentlə final hərəkətlərində 5-ci yeri tutmuşdu.
Yarışın mütləq çempion adını isə Rusiya təmsilçisi Yana Kudryavtseva qazanıb. Ukraynalı gimnast Qanna Rizatdinova ikinci, Belarus təmsilçisi Melitina Stanyuta isə üçüncü yerə layiq görülüb.