Qolbol komandası Avropa çempionatına yollanır

Qolbol komandası Avropa çempionatına yollanır

Sentyabrın 4-9 tarixində İngiltərənin Vudçester şəhərində qolbol idman növü üzrə Avropa çempionatl keçiriləcək. Qolbol üzrə milli komandamız çempionatda iştirak etmək üçün bu gün Vudçestrer şəhərinə yola düşəcək.
Məlumat üçün bildirək ki, qolbol görmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulan idman növüdür. Oyun hər biri üç nəfərdən ibarət iki rəqib komanda arasında keçirilir. Oyunun ədalətli keçməsi üçün hər idmançı gözlərinə tamamilə qara gözlük taxır. Hər komandada 3 nəfər əsas və 3 nəfər ehtiyat oyunçu olmalıdır. Məqsəd topu rəqib komandanın qapısından keçirməkdir. Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov səfərdən öncə komandanın məşqini izləyib, idmançılara uğurlar arzulayıb.