Paralimpiya çılarımız qitələrarası kubokun qalibi olublar

Paralimpiya çılarımız qitələrarası kubokun qalibi olublar

Bugünlərdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində əlil arabasında idman rəqsi üzrə qitələrarası çempionat keçirilib. Çempionatda paralimpiyaçımız Vüsalə Kərimova və Tamerlan Qədirov yüksək nəticə göstərərək turnirin kubokuna sahib olublar. Rəqsə böyük maraq göstərən Vüsalə Kərimova bu çempionata böyük həvəslə hazırlaşmışdı. O, yarışa yola düşməzdən əvvəl çempionata ciddi hazırlaşdığını demişdi. "Qitələrarası çempionatda güclü idmançılar yarışacaqlar. Mübarizə gərgin keçəcək. İnanıram ki, bu mübarizədə qalib gəlməyi bacaracağam”, - deyə Vüsalə vurğulamışdı.