Azərbaycanda yeni federasiya fəaliyyətə başlayıb

Azərbaycanda yeni federasiya fəaliyyətə başlayıb


Azərbaycanda yeni federasiya - Triatlon Federasiyası fəaliyyətə başlayıb. Yeni federasiya artıq qeydiyyatdan keçib və təqdimatı olub. Təqdimatda Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və Beynəlxalq Triatlon Federasiyasının nümayəndələri iştirak ediblər. Tədbirdə federasiyanın icraçı direktoru Azər Məhərrəmov yeni təsis olunmuş Azərbaycan Triatlon Federasiyasının gələcək planları barədə məlumat verib. Avropa və dünya triatlon federasiyalarının rəhbər şəxsləri ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.