“Olimpiya oyunlarında güləşin saxlanılmasına dəstək olaq” adlı aksiya keçirildi

“Olimpiya oyunlarında güləşin saxlanılmasına dəstək olaq” adlı aksiya keçirildi


Sentyabrın 5-də Sahil bağında "Olimpiya oyunlarında güləşin saxlanılmasına dəstək olaq” devizi altında aksiya keçirildi. Azərbaycan Güləş Federasiyası (AGF), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirilən aksiyada Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər. Aksiyanın yekununda Beynəlxalq Olimpiya Komitəsinə ünvanlanan müraciəti oxundu. Müraciəti güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev oxudu. 
Aksiyada AGF-nin nəzdində fəaliyyət göstərən bütün güləş klubları, yığma komandaların üzvləri, eləcə də paytaxtda fəaliyyət göstərən güləş klub və cəmiyyətlərin nümayəndələri iştirak edirdilər.