Serbiyalı tennisçi Novak Cokovic 5 min dollar məbləğində cərimə olunub. “Novak Cokovic ABŞ açıq çempionatının final görüşündə “qeyri-idman hərəkəti”nə görə 5 min dollar cərimələnib”,- deyə şəxsi tvitter hesabında jurnalist Mixail Samulski bildirib.
Rusiyalı idmançı Daniil Medvedevlə qarşılaşan tennisçi 4:6, 2:1 hesabı ilə bir neçə breyk-poynt əldən verib və raketini korta vuraraq sındırıb.
Qeyd edək ki, Daniil Medvedev “Böyük dəbilqə” turnirinin iyirmiqat çempionuna 6:4, 6:4, 6:4 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, D.Medvedev Mariya Şarapovadan sonra ABŞ açıq çemionatının qalibi olan ilk rusiyalı idmançıdır.
Novak Cokovic cərimə olunub