Amerikalı üzgüçü 64 yaşlı Diana Nayad Kubadan Floridaya olan 170 km-lik məsafəni 53 saata üzüb. Türkiyə mətbuatının yazdığına görə, idmançı bu rekordu ilə öz adını tarixə yazdırıb. Üzməyə şənbə günü Kubanın paytaxtı Havanadan start verən Nayad həmin məsafəni 52 saat 44 dəqiqəyə qət edib. Tarixi rekorda imza atan üzgüçü qadını ABŞ-ın Florida ştatında insanlar böyük fərəh və sevinc hissi ilə qarşılayıblar. Bundan əvvəl 3 dəfə Kubadan Floridaya üzməyi sınayan amerikalı qeyri-normal hava şəraiti ucbatından istədiyinə nail ola bilməmişdi. ABŞ prezidenti Barak Obama isə Twitterdən Nayada xüsusi mesaj yollayıb: "Xəyallarından əsla imtina etmə”. Qeyd edək ki, Dayana Nayad dövrünün ən sürətli üzgüçülərindən biri hesab olunur.