Alfonso Dominqes: “Qələbəmi şəhidlərimizə həsr edirəm”
Olimpizm xəbərləri
07.11.2021, 15:51
“Dünya çempionatı çox yaxşı keçdi. Güclü bir mübarizə oldu. Çempionatda demək olar ki, bütün favoritlər iştirak edirdi. Bu səbəbdən asan döyüş olmadı”. Bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Serbiyanın paytaxtı Belqradda dünya çempionu titulunu qazanan millimizin üzvü Alfonso Dominqes (86 kq) deyib. Avropa Oyunların qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mundialdakı çıxışını şərh edib: “Dünya çempionatında asan rəqib olmur. Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri də Belqrada qızıl medal üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final kimi çıxırdım. Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı. Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm. Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi”. Bir ay öncə azərbaycanlı xanımla ailə quran Asif Axundov klubunun üzvü bildirib ki, Belqradda Azərbaycan bayrağını yüksəltdiyi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevinclidir: “Çempion olacağıma inanırdım. Dünya çempionatına da bu istəklə yollanmışdım və bunu bacardım. Qarşıdan Zəfər Günü gəlir. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm. Allahdan onlara rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudur. Bununla kifayətlənməyəcəm. İnşallah, bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm”. Qeyd edək ki, Alfonso dünya çempionatında ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol
-
DÇ-2026: 1/8 finalın daha üç iştirakçısının adına aydınlıq gələcək
02.07.2026, 17:05 Futbol
-
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
01.07.2026, 17:04 Gündəm
-
Olimpiya mükafatçımız reytinq siyahısına başçlıq edir
01.07.2026, 16:41 Gündəm
-
Parabadmintonçularla görüş keçirilib
01.07.2026, 16:32 Olimpiya dünyası
-
Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
01.07.2026, 16:13 Velosiped
-
Yardımlıda cüdo üzrə region birinciliyi keçiriləcək
01.07.2026, 16:03 Cüdo
-
Stolüstü tennisçilər respublika birinciliyində yarışırlar
01.07.2026, 15:56 Tennis
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası