Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Gəncənin atletika idman növü üzrə baş məşqçisi, mərhum Bəxtiyar Əsədovun əziz xatirəsinə həsr olunmuş qızlar və oğlanlar arasında kross qaçışı üzrə min metr məsafədə Gəncə şəhər birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimi 44 günlük Vətən müharibəsi şəhidlərini əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yarışın açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək Bəxtiyar müəllimin idmanda göstərdiyi yüksək fəaliyyətdən və yetirmələrinin hər zaman yarışlarda yüksək nəticələr əldə etdiyindən bəhs etmiş, onun əziz xatirəsinin yad edilməsi üçün belə yarışların əhəmiyyətindən danışıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Yarışın yekununda Baş İdarə tərəfindən qalib olan idmançılar diplom və medallarla təltif olunublar.
Atletika üzrə xatirə turniri keçirilib