Cüdo Federasiyası yeni ünvana köçdü

Cüdo Federasiyası yeni ünvana köçdü

Azərbaycan Cüdo Federasiyası (ACF) yeni ünvana köçüb. Federasiyadan verilən məlumata görə, qurum bundan sonra Bakı şəhəri, AZ 1004, A. Abbaszadə küçəsi 2-də “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin birinci mərtəbəsində fəaliyyətini davam etdirəcək. 
Qeyd edək ki, noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda Rövnəq Abdullayevi əvəzləyib.