“Olimpiya dünyası” qəzeti “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin ən yaxın dostudur

“Olimpiya dünyası” qəzeti “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin ən yaxın dostudur

Ölkəmizdə nəşr olunan idman qəzetləri arasında 12 il ərzində idman həyatının əsl salnaməçisinə çevrilən bu qəzet ilə ardıcıl yaradıcılıq əlaqələrimiz onu göstərdi ki, "Olimpiya dünyası” rəngarəng yazıları, tərtibat və dolğunluğu ilə "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin ən yaxın dostudur. Qazandığımız nailiyyətlər barədə, idmançılarımızın qələbələri ilə bağlı bu qəzetdə hər zaman materiallar dərc olunub. "Olimpiya dünyası” qəzeti ilə qürur duyuruq. Qəzetin 1000-ci sayının nəşri ilə əlaqədar olaraq yaradıcı kollektivinizə daim uğurlar arzu edirik. "Neftçi” İSM-in icrası direktoru, Milli Olimpiya Komitəsinin üzvü, əməkdar bədən tərbiyəsi və idman xadimi, "Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla kollektivimiz "Olimpiya dünyası” qəzetinin kollektivini
1000-ci sayı münasibətilə təbrik edir, yaradıcılıq işlərində uğurlar arzulayır.

Tofiq Ataxan oğlu Gülməmmədov,
"Neftçi” İSM-in mətbuat xidmətinin rəhbəri, əməkdar jurnalist