Təbriklər

Təbriklər
Bu gün Azərbaycanda idman jurnalistikası geniş vüsət alıb. Hazırda bu sahədə kifayət qədər nümunə var. 12 il əvvəl Milli Olimpiya Komitəsinin rəsmi nəşri kimi fəaliyyətə başlayan "Olimpiya dünyası” qəzeti öz dəsti-xətti ilə seçilir. Qəzet Azərbaycan idmanını əks etdirən, ölkədə bədən tərbiyəsi və idmanın, eləcə də Olimpiya Hərəkatının təbliğində xüsusi rolu olan aparıcı nəşrlərdən biridir. Ölkəmizdə Olimpiya Hərəkatının inkişafı, misilsiz uğurları ilə yadda qalan ötən müddətin salnaməsi onun səhifələrində yaşadılmaqdadır. Şərəfli vəzifənin yüksək peşəkarlıqla yerinə yetirilməsi bu nəşri idman ictimaiyyətinin, eləcə də çoxsaylı oxucuların sevimlisinə çevirib. "Olimpiya dünyası” qəzetindəki jurnalistikanın təməl prinsiplərinə hörmət, axtarışlar və tapıntılarla dolu yaradıcı mühit, yüksək məsuliyyət onun Azərbaycan Mətbuat Şurasına (MŞ) üzv olmasına zəmin yaradıb. Qəzet bu etimadı MŞ-nin nizamnamə tələblərindən irəli gələn öhdəliklərə əməl etməklə, tədbirlərində fəallıq göstərməklə doğrultmaqdadır. "Olimpiya dünyası” qəzetinin rəhbərliyini və kollektivini nəşrin 1000-ci sayının işıq üzü görməsi münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri


*    *    *
"Olimpiya dünyası” qəzetinin kollektivini, ölkəmizin idman ictimaiyyətini qəzetin 1000-ci sayının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Xatırladım ki, 2000-ci ildə keçirilən Sidney Olimpiya Oyunlarında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançılarımızı Olimpiya oyunlarında tribunadan izləyirdi. Bu uğurların məhz Olimpiya müstəvisindən işıqlandırılması gündəmdə dayanan vacib məsələlərdən biri idi. Buna görə də 2001-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi rəhbərliyinin təşəbbüsü ilə "Olimpiya dünyası” qəzetinin çap olunmasına qərar verildi. Həmin dövrdən indiyədək "Olimpiya dünyası” qəzeti tutduğu mövqeyə, öz dəsti-xəttinə sadiq qalaraq uğurla fəaliyyət göstərir. Qəzetin 1000-ci sayının çap olunması bunu bir daha təsdiqləyir. "Olimpiya dünyası”nda yüksək peşəkarlığa malik idman jurnalistləri çalışırlar. Qəzetinizin əməkdaşları yarış yerlərindən məlumatları canlı şəkildə oxuculara çatdırırlar. Bu isə o deməkdir ki, qəzetdə dərc olunan məlumatların işıqlandırılması zamanı etibarlı mənbələrə istinad olunur.
İnanıram ki, biz hələ "Olimpiya dünyası” qəzetini 1500 və 2000-ci sayının işıq üzü görməsi münasibəti ilə də təbrik edəcəyik.
Ağacan Abiyev,
Milli Olimpiya Komitəsinin baş katibi, 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor

*    *    *
Ölkə və dünya idmanının təbliğində xüsusi rola malik olan "Olimpiya dünyası” qəzetinin 1000-ci sayının çap olunması idmana bağlı olan bir insan kimi məni çox sevindirir. Qəzetin 1000-ci sayının işıq üzü görməsi həm də güləşin Olimpiya oyunlarının proqramında saxlanılması ilə bağlı qərarın qəbul olunduğu ərəfəyə təsadüf edir. Qəzetin hər sayının çap olunmasında nə qədər əmək sərf olunub. "Olimpiya dünyası” qəzetinin Avropa Ədalətli Oyunlar Hərəkatının təbliğində də böyük xidmətləri var. Nəşrdə Ədalətli Oyunlar Hərəkatı ilə bağlı məqalələr dərc olunub, bu sahədə görülən işlər ətraflı şəkildə oxuculara çatdırılıb. İnanıram ki, məhz 2015-ci ildə keçiriləcək Avorpa Oyunları, 2017-ci ildə təşkil ediləcək IV İslam Həmrəyliyi Oyunları, eləcə də növbəti Yay Olimpiya oyunlarında əldə olunacaq uğurlar barədə məlumatları da ən birinci olaraq "Olimpiya dünyası” qəzetinin səhifələrində oxuyacağıq.
Xəzər İsayev,
Milli Olimpiya Komitəsinin vitse-prezidenti

*    *    *
Azərbaycan Qılıncoynatma Federasiyası adından "Olimpiya dünyası” qəzetinin kollektivini 1000-ci sayının çıxması münasibətilə təbrik edirəm. Bu idman nəşri hər birimizin ən sevimli qəzetidir. Bütün dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın idman sahəsindəki uğurlarını geniş oxucu auditoriyasına yüksək səviyyədə catdırın qəzetinizə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Nazim İbrahimov,
Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti

*    *    *
"Olimpiya dünyası” qəzetinin bütün kollektivini bu gözəl gün münasibəti ilə Paralimpiya Komitəsinin kollektivi adından təbrik edirəm. Qəzetinizdə maraqlı və rəngarəng müsahibələr, yerli və beynəlxalq idman xəbərləri, federasiya və klublar haqqında ətraflı məlumatlar verilir. İdmanın bütün növləri bu qəzetdə işıqlandırılaraq yüksək səviyyədə oxuculara təqdim olunur. Arzu edirik ki, qəzetiniz hər zaman belə maraqlı və yüksək səviyyədə nəşr olunsun.
İlqar Rəhimov,
Milli Paralimpiya Komitəsi prezidenti
*    *    *
Azərbaycan Kikboks Federasiyası adından "Olimpiya dünyası” qəzetini 1000-ci sayının isıq üzü görməsi münasibəti ilə təbrik edirik. Bu qəzet Milli Olimpiya Komitəsinin rəsmi nəşri olmaqla bərabər, idmançıların və idman aləminin xəbərlərini ən dolğun şəkildə nəşr edən mətbuat orqanıdır. "Olimpiya dünyası” qəzetinin kütləvi informasiya vasitələri arasında böyük nüfuzu və çəkisi var. Bütün əməkdaşlarınıza uğurlar arzulayırıq.
Adil Əliyev,
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti

*    *    *
Azərbaycan Basketbol Federasiyası "Olimpiya dünyası” qəzetini 1000-ci sayının ərsəyə gəlməsi münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu nəşrin yaradıcı heyətinə Azərbaycan idmanının təbliği yolunda yeni uğurlar diləyir! Bundan sonra da qəzetinizin oxunaqlı və yüksək səviyyədə dərc olunmasını arzulayırıq.
Azərbaycan Basketbol Federasiyası

*    *    *
"Xəzər Lənkəran” Futbol Klubunun adından "Olimpiya dünyası” qəzetinin bütün kollektivini 1000-ci sayın çıxması münasibətilə təbrik edirik. Ölkənin idman mətbuatında özünəməxsus yeri olan bu qəzetin nailiyyətləri hər zaman bizi sevindirir. Yubiley sayınızın işıq üzü görməsi də çox əlamətdar bir hadisə olmaqla yanaşı özündə idmanımızın tarixini və əldə etdiyi əvəzolunmaz təcrübəsini əks etdirir.
Klubumuz "Olimpiya dünyası”nın redaksiyasına bundan da yüksək zirvələrə yüksəlməyi, yeni-yeni yaradıcı uğurlar əldə etməyi arzu edir.
"Xəzər Lənkəran” Futbol Klubu

*    *    *
On iki il əvvəl Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan "Olimpiya dünyası” qəzetinin ilk sayı işıq üzü gördü. Yarandığı gündən operativliyi və qərəzsizliyi ilə seçilən qəzet, bu gün də önəm verdiyi həmin dəyərləri qoruyub saxlamaqdadır. Oxucuları tərəfindən rəğbətlə qarşılanan "Olimpiya dünyası” idman mətbuatı aləmində oxunaqlığı, özünəməxsus mövqeyi və üslubu ilə daim seçilir. İdmançılarımızın ölkədə, eləcə də beynəlxalq arenalarda qazandığı uğurlar mütəmadi olaraq qəzetin səhifələrində geniş şəkildə əks olunur. Təbii ki, bu da idmançılarımızı ruhlandırır və onların gələcək mübarizələrdə daha çox əzmkarlıq nümayiş etdirməsinə təkan verir. Yaradıcılıq sahəsində öz dəsti-xətti olan "Olimpiya dünyası” qəzeti bu illər ərzində hadisələrə obyektiv yanaşması sayəsində böyük bir oxucu auditoriyası qazanıb. İnanırıq ki, redaksiyada bundan sonra da obyektivçilik prinsipləri davam etdiriləcək, qazanılmış bu auditoriya zaman-zaman böyüyəcək, qəzetin oxucularının sayı günü-gündən artacaq.”Olimpiya dünyası” qəzetini 1000-ci sayının işıq üzü görməsi münasibətilə səmimi qəlbdən təbrik edir, redaksiya əməkdaşlarına bu çətin və şərəfli işlərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qələminiz iti, sözünüz kəsərli olsun.
Sadıq Sadıqov,
"Neftçi” İSM-in icraçı direktoru və
"Neftçi” PFK-nın prezidenti,
MOK-un İcraiyyə Komitəsinin üzvü

*     *     *
"Olimpiya dünyası” qəzeti özünün 1000-ci sayı ilə oxucularına qovuşacaq. Bu hadisə "Olimpiya dünyası”nın sadiq oxucuları və daim onunla ünsiyyətdə olan hər bir şəxs üçün xüsusi əhəmiyyət daşıyır. Bu münasibətlə qəzetin rəhbərliyini və bütün əməkdaşlarını Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kollektivi adından ürəkdən təbrik edirik.
1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin pezidenti seçildikdən sonra ölkəmizdə idman daha sürətlə inkişaf etməyə başladı. Belə bir vaxtda idman sahəsində əldə olunmuş nailiyyətləri işıqlandırmaq və Olimpiya Hərəkatını təbliğ etmək üçün yeni bir nəşrə ehtiyac duyulurdu. Məhz bu ehtiyacı ödəmək məqsədi ilə "Olimpiya dünyası” qəzeti təsis edildi. 2001-ci il noyabrın 27-də qəzetin ilk sayının işıq üzü gördüyü gündən bu günə qədər bu qəzet idman və kütləvi bədən tərbiyəsində gedən prosesləri, baş verən hadisələri diqqətlə izləməklə yanaşı, ölkədə keçirilən beynəlxalq yarışlar, Olimpiya Hərəkatı kimi məsələlərə həssaslıqla yanaşmışdır. Bü gün böyük oxucu kütləsi qəzetinizin hər bir sayını maraqla oxuyur. Xüsusilə, son illərdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Olimpiya dünyası” qəzeti arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, tərəfimizdən keçirilən bütün tədbirlər qəzetinizdə geniş işıqlandırılır.
Qəzetin rəhbərliyini və kollektivini bir daha bu əlamətdar hadisə münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Raqif Abbasov,
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi

*    *     *
"Olimpiya dünyası” qəzetinin yubiley sayı münasibətilə qəzetin bütün kollektivini Azərbaycan Güləş Federasiyasının kollektivi və bütün güləşçilər adından səmimi qəlbdən təbrik edirik. Daim idmançıların yanında olan, onların uğurunu Azərbaycan ictimaiyyətinə, idmansevərlərə geniş formada çatdıran bir mətbu orqan kimi "Olimpiya dünyası”nın özünəməxsus yeri və mövqeyi var. "Olimpiya dünyası”nın missiyası digər qəzetlərdən fərqlənir. Bu qəzet Azərbaycan Olimpiya Hərəkatının çarçısı, olimpiyaçılarımızın uğurunun təbliğatçısıdır. Qəzetin kollektivinin hər bir üzvü bu şərəfli missiyanı dərk edir bunun üçün əllərindən gələni əsirgəmirlər. Qəzetin bütün kollektivinə və rəhbərliyinə yaradıcılıq uğurları arzulayırıq.
Əjdər Cəfərov,
Azərbaycan Güləş Federasiyasının
baş katibi, Olimpiya dərəcəli hakim

*     *    *
1000-ci sayı işıq üzü görən "Olimpiya dünyası” hazırkı dönəmdə sadəcə idman qəzeti kimi deyil, müstəqil respublikamızın idman həyatında mühüm rol oynayan mətbu orqanı kimi formalaşıb. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmağı başlıca məqsəd seçən "Olimpiya dünyası” fəaliyyəti ilə göstərir ki, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandıran idmançılarımızın geniş ictimaiyyətə tanıdılmasında mühüm rol oynayan "Olimpiya dünyası” qəzetinin kollektivini bu əlamətdar hadisə ilə əlaqədar təbrik edir, şərəfli və məsuliyyətli işinizdə uğurlar diləyirik.
Azərbaycan Ağır Atletika Federasiyası

*    *    *
Azərbaycan mətbuatında idman nəşrləri arasında "Olimpiya dünyası” böyük nüfuza malikdir. Yüksək bacarığa malik olan kollektivinizdə qəzetin ərsəyə gəlməsi üçün istedadlı jurnalistlər fəaliyyət göstərir. Məhz uğurla formalaşan bu işgüzar kollektivin bacarığı sayəsində "Olimpiya dünyası”nın 1000-ci sayı çapdan çıxır. Hər bir idman növlərinə diqqət və yer ayıran bu qəzetin özünəməxsus yeri var. Olimpiya idman növləri ilə yanaşı qeyri-olimpiya idman növlərinə də yer ayıran bu idman nəşri idman mətbuatının qabaqcıllarından sayılır. Azərbaycan Şahmat Federasiyası hər zaman "Olimpiya dünyası” ilə sıx əməkdaşlıq edir. Qəzetinizin səhifələrində şahmata xüsusi yer ayrılır. Mən əminliklə qeyd edirəm ki, Azərbaycanda şahmata ən çox yer ayıran qəzet məhz "Olimpiya dünyası”dır. Federasiyamız sizinlə əməkdaşlıqdan məmnundur. Bu işdə sizə uğurlar arzulayıram.
Faiq Həsənov,
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti



*     *    *
On iki il əvvəl Bakıda "Olimpiya dünyası” qəzetinin ilk sayı çapdan çıxdı və qısa zamanda öz ətrafında geniş oxucu auditoriyası toplamağa müvəffəq oldu. Adı və üslubu ilə mətbuat aləminə yeni nəfəs bəxş edən bu təzə qəzet ölkə və dünya idmanını yetərincə işıqlandırmağa başladı, səhifələrində dünyanın və ölkəmizin müxtəlif idman arenalarından təqdim olunan reportajlar, informasiyalar idmansevərlərə böyük sevinc bəxş etdi. Milli Olimpiya Komitəsinin rəsmi nəşri bu böyük missiyanı indi də şərəflə yerinə yetirməkdədir.
Qəzet dəfələrlə AİJA-nın keçirdiyi ənənəvi rəy sorğularının qalibi olub, idman nəşrlərinin arasında bayraqdarlığı ələ keçirib. Dəfələrlə AİJA ilə birlikdə maraqlı tədbirlərə imza atıb - cəzaçəkmə müəssisələrində məhkum gənclərin, qadınların görüşünə gedib, onların, həmçinin idman mediası əməkdaşlarının, jurnalistlərin idman yarışlarını təşkil edib.
İndi 1000-ci sayı işıq üzü görür. Zarafat deyil, mininci say! Bu, o deməkdir ki, "Olimpiya dünyası” oxucuları ilə mininci görüşünü keçirir.
Qəzetin yubiley sayının buraxılması münasibətilə bütün sevinənlərə qoşularaq Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından "Olimpiya dünyası” qəzetinin bütün əməkdaşlarını, oxucularını ürəkdən təbrik edirəm.
Cansağlığı, uğurlar və yenə də uğurlar!!!
Eldar İsmayılov,
AİJA prezidenti,
AİPS AVROPA - UEPS İcraiyyə Komitəsinin üzvü

*     *    *
Sizi Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Veteranları İçtimai Birliyi adından qəzetinizin
1000-ci sayının çıxması münasibətilə ürəkdən təbrik edir, Azərbaycan idman veteranları adından "Olimpiya dünyası” qəzetinin kollektivinə uğurlar diləyirik. Səsiniz hər zaman ucalardan gəlsin.
Yaşar Məmmədov,
Azərbaycan İdman Veteranları Birliyinin sədri
*     *    *
"Olimpiya dünyası” qəzetini 1000-ci sayının çıxması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu qəzet 12 ildir, öz səmərəli fəaliyəti ilə ölkəmizdə idmanın və Olimpiya Hərəkatının təbliğinə xidmət edir. Sevindirici haldır ki, atletlərimizin uğurları barədə daha ətraflı və müfəssəl məlumatları məhz bu qəzet vasitəsilə əldə edirik. Peşəkar kollektivin formalaşdığı bu idman nəşri indi sayılıb-seçilən qəzetlərdən biri olmaqla idmansevərlərin və idmancıların ən çox oxuduğu bir qəzetdir. Qəzetin baş redaktoru başda olmaqla, bütün kollektivi təbrik edirəm. Arzu edirəm ki, qəzetiniz hər zaman belə maraqlı və yüksək səviyyədə nəşr olunsun.
Cəfər Hümbətov,
Təhsil” Respublika
İdman Mərkəzinin direktoru
*    *    *
12 il bundan öncə, 2001-ci ildə Azərbaycan mətbuatı ailəsinə qədəm qoyan "Olimpiya dünyası” qəzeti bu müddət ərzində böyük uğurlara nail olub və idman mətbuatımızın sevimli üzvünə çevrilib. "Olimpiya dünyası” qəzetinin çapdan çıxan 1000-ci sayı peşəkarlıqla formalaşan kollektivin gərgin əməyinin, əzmkar iradəsinin bariz nümunəsidir. Sevindirici haldır ki, geniş oxucu auditoriyası toplamış "Olimpiya dünyası” qəzeti bu gün təkcə idman mətbatımızda deyil, ümumilikdə, Azərbaycan jurnalistikasında yüksək səviyyəli nəşrə çevrilib.
Azərbaycan idmançılarının uğurlarını xalqa çatdırmaqla bərabər, kütləvi bədən tərbiyəsinin, Olimpiya Hərəkatının təbliğində də mühüm rol oynayan "Olimpiya dünyası”nın 1000-ci sayının işıq üzü görməsi münasibətilə kollektivinizi "İdman” qəzetinin redaksiya heyəti adından təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
Qabil Mehdiyev,
"İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

*     *     *
"Olimpiya dünyası” qəzeti oxucuları ilə 1000-ci görüşünə gəlir. Ötən on iki ildə qazandığı oxucu sevgisini gələcək saylarında da qoruyub saxlamaq bu qəzetin başlıca məqsədidir. Azərbaycanın idman jurnalistikasında "Olimpiya dünyası”nın özünməxsus yeri var. Bu qəzet hər şeyi yenidən başlayaraq, bu mərhələyə gəlib çatıb, yüzlərlə əli qələm tutan üçün məktəb olub. Milyonlarla azarkeşə malik idman dünyasının aynası olmaq çox məsuliyyətli və şərəfli bir məsələdir. Ölkə idmanının salnaməsini yaratmaq şərəfli və çox gərəkli bir missiyadır.
Qəzet həmçinin kollektiv əməyin və yuxusuz gecələrin məhsuludur. Hər say əməkdaşlar üçün şirin xatirə, idmansevərlər üçünsə bir xəbər mənbəyidir. Yubiley sayınızda kollektivinizə yeni-yeni uğurlar arzulayırıq!

"Futbol dünyası” qəzeti

*    *    *
XXI əsrin əvvəllərində Milli Olimpiya Komitəsinin nəşri olan "Olimpiya dünyası” qəzetinin idman mətbuatı ailəsinə qoşulması mühüm hadisə oldu. Qəzetiniz idman mətbuatımıza yeni nəfəs gətirdi. Hazırda ölkəmizdə idman qəzetləri çoxdur. Amma "Olimpiya dünyası” qəzeti müstəqil Azərbaycanın idman salnaməsində öz dəsti-xətti, operativliyi ilə seçilir. Qəzetinizdə tək futbol deyil, bütün idman növləri ətraflı işıqlandırılır. Əgər qəzetin 1000-ci sayı çapdan çıxırsa, demək bu qəzet özünü idman mətbuatında doğruldub və böyük oxucu kütləsi qazanıb. Bu münasibətlə qəzetin rəhbərliyini və kollektivinizi təbrik edirəm. Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Hafiz Məmmədov,
"Bakı” Futbol Klubunun prezidenti

*    *    *
Qəzetinizin bu əlamətdar yubileyi münasibəti ilə sizi təbrik edirəm. Bu doğurdan da böyük və əlamətdar hadisədir ki, 1000 sayınız işıq üzü görür. Əgər qəzetin 1000-ci sayı çapdan çıxırsa, demək bu qəzet oxunur, sevilir və ona böyük ehtiyac var. Qəzetin kollektivinə və baş redaktoruna uğurlar arzulayıram. İnanıram ki, bundan sonrakı saylarınız da əvvəlkilər kimi oxunaqlı və maraqlı olacaq.
Kazbek Tuayev,
AFFA İcraiyyə Komitəsinin üzvü, futbol veteranı

*    *    *
"Olimpiya dünyası” qəzeti idman dünyasının, eləcə də mənim sevimli qəzetimdir. Ən operativ və maraqlı materiallarla oxucuların zövqünü oxşayan bu qəzetin bütün kollektivinə uğurlar arzulayıram. Bu gün mənim ən yaddaqalan günlərimdən biridir. İllər öncə bu tarixdə paralimpiya çempionu adını qazanmışdım. Bir daha hamınızı təbrik edirəm.
İlham Zəkiyev,
İkiqat paralimpiya cempionu
*    *    *
"Olimpiya dünyası” qəzetini yubiley sayı münasibətilə təbrik edirəm. Hər zaman biz idmançıların uğurlarını işıqlandıran bu qəzet ölkəmizdə geniş oxucu kütləsinə malikdir. Mən müstəqil Azərbaycanın ilk Olimpiya çempionuyam. "Olimpiya dünyası” qəzeti də müstəqil Azərbaycan Milli Olimpiya Komitəsinin ilk idman qəzetidir. Qəzetiniz nəşrə başlayan gündən Azərbaycanın idman və Olimpiya Hərəkatının salnaməsini yazmağa başlayıb. Bir daha redaksiyanızın bütün əməkdaşlarını təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, sonrakı saylarınızda da bu uğurlu missiyanı layiqincə yerinə yetirəcəksiniz.
Nazim Hüseynov,
Olimpiya çempionu

*    *    *
"Olimpiya dünyası” qəzeti neçə ildir ki, idmansevərlərin ixtiyarına verilib. Nəşrdə həm Olimpiya, həm də qeyri-olimpiya idman növlərinə xüsusi diqqət yetirilir. Qəzetinizin özəlliyi materialların özünəməxsus tərzdə verilməsi ilə bağlıdır. Bu qəzet mənim üçün çox doğmadır. Çünki təkcə uğur qazananda deyil, uğursuzluğa düçar olanda da qəzetin kollektivi məni daim dəstəkləyib və yeni-yeni uğurlar qazanmağa ruhlandırıb. Qəzetin kollektivinə uğurlar arzulayıram!
Zemfira Meftəhətdinova,
Olimpiya çempionu
 
*    *    *
Milli Olimpiya Komitəsinin rəsmi orqanı olan "Olimpiya dünyası” qəzeti əməkdaşlarının yüksək səviyyədə yazdığı məqalələr oxucular və idmansevərlər tərəfindən daim maraqla izlənilir. Siz çox şərəfli və məsuliyyətli bir peşənin sahibisiniz. İdmançıların möhtəşəm qələbələrini qəzet vasitəsilə xalqa çatdırmaqla Azərbaycanın idman tarixini yazırsınız. Bu yolda sizə uğurlar arzulayıram. Həmişə operativliyi ilə seçilən "Olimpiya dünyası” qəzetini yubiley sayının buraxılışı münasibətilə bütün əməkdaşlarınızı təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram.
Namiq Abdullayev,
Olimpiya çempionu

*    *    *
"Olimpiya dünyası” qəzetinin 1000-ci sayının işıq üzü görməsi münasibətilə kollektivinizi səmimi qəlbdən təbrik edirəm. İdmançılarımızın uğurlarında və qələbələrinin işıqlandırılmasında sizin də böyük əməyiniz var. "Olimpiya dünyası” qəzetində yalnız bir idman növü barəsində deyil, idmanın bütün növləri haqqında müxtəlif xəbərlərə rast gəlmək mümkündür. Bu, sizin uğurunuzdur. Güləşçilərimizin ölkədaxili və beynəlxalq yarışlardakı uğurlu çıxışlarını operativ şəkildə işıqlandırdığınız üçün sizə bir daha minnətdarlığımı bildirirəm.
Fərid Mansurov,
Olimpiya çempionu