Nazir Azad Rəhimov Buenos-Ayresdə rəsmilərlə görüşüb

Nazir Azad Rəhimov Buenos-Ayresdə rəsmilərlə görüşüb


Sentyabrın 9-da Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 125-ci Sessiyasına səfəri çərçivəsində Avropa Olimpiya Komitəsinin (AOK) rəhbərliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq məsələlərini müzakirə edib. Görüşdə AOK-un prezidenti Patrik Hikki də iştirak edib.
Bu gün isə Azad Rəhimov London Olimpiya Oyunlarının baş icraçı direktoru lord Sebastyan Coe ilə görüşüb. Görüş zamanı Birinci Avropa Oyunlarına hazırlıq işlərində London olimpiadasının uğurlu təcrübəsindən yararlanmaq və bu sahədə görülən işlər əsas müzakirə mövzusu olub.
Gənclər və idman nazirinin Dünya İdman Mətbuatı Assosiasiyasının (AIPS) prezidenti Canni Merlo ilə görüşü zamanı isə gələn il aprelin sonunda Bakıda təşkil ediləcək AIPS-in 77-ci konqresinə hazırlıq işləri müzakirə edilib. Qeyd edək ki, AIPS-in 90 illik yubileyi də gələn il qeyd ediləcək. Azad Rəhimov bu gün həm də bir çox dünya və Avropa federasiyalarının rəhbərləri ilə də görüşüb.