İndoneziyaya yollanacaq komandamızın heyəti məlum oldu

İndoneziyaya yollanacaq komandamızın heyəti məlum oldu

Sentyabrın 22-də İndoneziyanın Palembanq şəhərində 3-cü İslam Həmrəyliyi Oyunlarına start veriləcək.
Oktyabrın 2-nə qədər davm edən yarışda ölkəmiz 9 növdə 53 atletlə təmsil olunacaq. Belə ki, atletika növündə 10, ağırlıqqaldırmada 9, karatedə 10, taekvondoda 8, badmintonda 4, tennisdə 3, kamandan oxatmada 4, üzgüçülükdə 2, uşuda isə 3 idmançımız qüvvəsini sınayacaq. Bundan başqa Palembanqda ölkə hakimlərimiz də yollanırlar. Onlardan biri ağırlıqqaldırma, ikisi karate, ikisi isə taekvondo yarışlarında ədaləti qoruyacaqlar.
Məlumat üçün bildirək ki, Azərbaycan idmançıları 2005-ci il aprelin 8-20-də təşkil edilən ilk İslam Həmrəyliyi Oyunlarında 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunmuşdu. Yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuran yığmamız medal qazanan ölkələr siyahısında 8-ci yerə layiq görülmüşdü.
Xatırladaq ki, İndoneziyadan sonra analoji idman tədbiri 2017-ci ildə ölkəmizdə təşki olunacaq.


Atletika

1. Murad İbadullayev
2. Tilahun Əliyev
3. Vadim Ryabikhin
4. Hayle İbrahimov
5. Yekaterina Sarıyeva
6. Dmitri Marşin
7. Layeş Abdullayeva
8. Valeriya Balyanina
9. Şəfa Məmmədova
10. Elçin Qasımov


Ağırlıqqaldırma

1. Ləman Əhmədova
2. Silviya Angelova
3. İntiqam Zairov
4. Əfqan Bayramov
5. Rövşən Fətullayev
6. Zülfüqar Süleymanov
7. Gülçin Əlizadə
8. Sərdar Həsənov
9. Namiq Cəmilov


Karate


1. Nuranə Əliyeva
2. Rafiz Həsənov
3. Ayxan Mamayev
4. Şahin Atamov
5. İlahə Qasımova
6. Asiman Qurbanlı
7. Tural Ələkbərli
8. Tural Balcanlı
9. Rəfael Ağayev
10. Niyazi Əliyev


Taekvondo

1. Türkanə Tahirli
2. Mikayıl Əliyev
3. Fariz Əliyev
4. Günay Ağakişiyeva
5. Məhəmmədyasin İbrahimov
6. Patimat Abakarova
7. Radik İsaev
8. Elvin Məmmədov

Badminton

1. Teymur Abbasov
2. Kənan Rzayev
3. Kərim Musayev
4. Tural Rəsulov

Tennis

1. Ayxan Manaflı
2. Kamilla Fərhad
3. Arif Quliyev

Kamandan oxatma

1. Zaur Qəhrəmanov
2. Aleksey Kopnin
3. Svetlana Simonova
4. Vengerov Roman

Üzgüçülük

1. Yevgeni Lazuka
2. Boris Kirillov

Uşu

1. Rəfael Tarverdiyev
2. Elçin Eminov
3. Ruslan Pirəliyev

Hakimlər

1. Vahid Nəzərov (ağırlıqqaldırma)
2. Elşən Quliyev (taekvondo)
3. Elşad Məmmədov (taekvondo)
4. Yusif Məmmədov (karate)
5. Cahangir Babayev (karate)