Komandamız Rusiyada iki medal qazanıb

Komandamız Rusiyada iki medal qazanıb

Rusiyanın Velikiy Novqorod şəhərində keçirilən gimnastika üzrə "Volkov Kuboku” beynəlxalq turnirinə yekun vurulub.
Azərbaycan idmançılarının da iştirak etdiyi yarışda təmsilçilərimiz bir gümüş və bir bürünc medal qazanıblar. Lalə Hüseynova və Xoşqədəm Quliyevadan ibarət qadın cütlüyü gümüş mükafat qazanıb. İlk iki tapşırığın (balans və templi) yerinə yetirilməsindən sonra azərbaycanlı duet inamlı şəkildə seçmə mərhələnin sıralamasında ilk üçlükdə qərarlaşıb. Finalda isə Lalə və Xoşqədəm yalnız meydan sahiblərinə məğlub olaraq ikinci olublar.
Kişi gimnastlarının yarışında isə Elçin Əlibəyov və Emin Gülməmmədli cütlüyü bürünc medala layiq görülüblər.
Qeyd edə ki, turnir oktyabrda Portuqaliyada təşkil olunacaq Avropa çempionatı və yaş qruplarının kontinental yarışları ərəfəsində sınaq turniri kimi qiymətləndirilir.
Pireney yarımadasında isə, Azərbaycanın debüt etdiyi gimnastikanın batut növündə yarışlar keçirilib. İlk dəfə beynəlxalq arenaya çıxan Ruslan Ağamirov bütün elementlərin öhdəsindən uğurla gələ bilməyib. Nəticədə gimnastımız dünya kubokunda 42-ci yeri tutub. Məlumat üçün qeyd edək ki, buyaxınlarda dünya kubokunun növbəti mərhələsi keçiriləcək.