Yığmamızın qapıçısı milli komandaya qayıdır

Yığmamızın qapıçısı milli komandaya qayıdır
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevlə görüşüb. E.Məmmədov karyerasını başa vuran 36 yaşlı qolkiperə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb. AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.
Qeyd edə ki, Kamran Ağayev Azərbaycan yığmasının heyətində 79 oyunda meydanda olub.