54 yaşlı futbolçu yeni müqavilə imzaladı

54 yaşlı futbolçu yeni müqavilə imzaladı

Dünyanın ən yaşlı futbolçusu Kasuyoşi Miura futbolçu karyerasını davam etdimək niyyətindədir. 54 yaşlı futbolçu bir illik icarəyə götürüldüyü, dördüncü divizionda çıxış edən “Suzuka Poynt Qetters” klubunda çıxış edəcək.
Miura 2020-ci ilin sentyabrında “Kavasaki Frontale” ilə oyuna girib və peşəkar futbol matçının ən yaşlı iştirakçısı olub. K.Miura beş onillikdə - 35 mövsümdə oynamış yeganə peşəkar futbolçudur.
Miura Alaqoas (1987), Paranaense (1989), Yaponiya Futbol Liqasının Birinci Divizionunun çempionu (1990/91, 1991/92) və digər turnirlərin çempionu olub.