Azərbaycan birinciliyində daha 6 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəldi

Azərbaycan birinciliyində daha 6 çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəldi

Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub.  Ölkənin müxtəlif şəhər və rayonlarından 570-ə yaxın idmançının mübarizə apardığı birincilikdə qızlar və oğlanlar arasında daha altı çəki dərəcəsi üzrə qaliblərin adlarına aydınlıq gəlib.

Qızların mübarizəsində Məryəm Bayramzadə (40 kq), Fidan Qasımova (52 kq) və Pərvanə Abdullayeva (70 kq) birinci yeri tutublar. Oğlanların yarışında isə Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Tamerlan Cabbarov (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq.