İdmançımız gümüş medala sahib çıxıb

İdmançımız gümüş medala sahib çıxıb


Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə "E.ON Hanse AlsterCup” adlı ənənəvi reqata keçirilib.
Yarışda Azərbaycan milli komandasının lideri Aleksandr Aleksandrov da iştirak edib. 23 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla yürüşlərə qatılıb. İdmançımız yalnız, almaniyalı Marsel Hakkerdən geri qalaraq, gümüş medala layiq görülüb. Hollandiyalı Roel Braas isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Aleksandr Aleksandrov bundan əvvəl Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş Henli Kral Reqatasının qalibi olub.