Güləş üzrə dünya çempionatı start götürüb

Güləş üzrə dünya çempionatı start götürüb

Sentyabrın 16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı start götürüb. Yarışların ilk günündə çəkisi 55 kq, 66 kq və 96 kq olan sərbəst güləşçilər döşək üzərinə çıxıblar. Təmsilçilərimizdən Yaşar Əliyev (55 kq), Ağahüseyn Mustafayev (66 kq), Xetaq Qazyumov (96 kq) mübarizəyə qoşulublar.
Yarışlar gec başa çatdığından nəticələrlə növbəti sayımızda tanış ola bilərsiniz.