Budapeştdə gümüş medal qazandıq

Budapeştdə gümüş medal qazandıq



Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı keçirilir. Çempionatın ilk günündə sərbəst güləş üzrə 55 kq, 66 kq, və 96 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıblar.
Çempionatda 96 kiloqram çəki dərəcəsində yarışan millimizin üzvü Xetaq Qazyumov finala qədər maneəsiz irəliləyib. Argentina, Polşa, Qırğızıstan və Rusiya güləşçilərini biri-birinin ardınca mübarizədən kənarlaşdıran təmsilçimiz finalda iranlı Reza Yezdani ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb və güləşçimiz çempionatı gümüş medalla başa vurub.