Sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində 3-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Yarışda mübarizə aparacaq karate üzrə Azərbaycan millisinin heyəti açıqlanmışdır. Heyətdə Nuranə Əliyeva, Rafiz Həsənov, Ayxan Mamayev, Şahin Atamov, İlahə Qasımova, Asiman Qurbanlı, Tural Ələkbərli, Tural Balcanlı, Rafael Ağayev və Niyazi Əliyev yer alıblar.
Qeyd edək ki, 3-cü İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı ümumilikdə, 9 növdə 53 idmançı təmsil edəcək.