Mixael Şumaxer narahatdır

Mixael Şumaxer narahatdır

"Formula-1” yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer həmkarı Kimi Raykonenin "Ferrari”yə keçməsi məsələsinə münasibət bildirib. O, onun eyni komandada finlandiyalı Fernando Alonso ilə yola getməyəcəyindən narahatdır.

"Raykonenin "Ferrari”yə keçidini bütün azarkeşlər həvəslə dəstəkləyirlər. Əlbəttə, bu cür güclü pilotları izləmək və onlara azarkeşlik etmək çox yaxşıdır. Amma onların eyni komandada yola getməsi bir qədər çətin məsələdir və ola bilsin ki, bu komandada bizi problemlər gözləyir”, - deyə Mixael Şumaher bildirib.