Akrobatika gimnastikası üzrə  Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

Akrobatika gimnastikası üzrə  Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək

Fevralın 24-25-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 41 idmançı iştirak edəcək.
İki günlük yarışda qadın, kişi, qarışıq cütlüklər və qadın qrupları medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.
Yarışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.