Bakı metropolitençiləri Moskva spartakiadasında beş mükafat qazanıblar

Bakı metropolitençiləri Moskva spartakiadasında beş mükafat qazanıblar


Sentyabrın 12-dən 17-dək Moskvada MDB metropolitençilərinin ənənəvi 7-cı spartakiadası keçirilib.
5 idman növü(mini futbol, şahmat, stolüstü tennis, boulinq, voleybol) üzrə keçirilən turnirlərdə bədən tərbiyəsi üzrə təlimatçı metodist Dövran Aslanovun rəhbərliyi etdiyi 7 metropoliten komandasının 150-yə yaxın idmançısı iştirak edib. Metropolitençilərimiz şahmat turnirində birinci yerə layiq görülüblər. Bakı Metropoliteninin idmançıları stolüstü tennis və mini futbol üzrə yarışlarda bürünc medallara yiyələniblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində daha iki metropolitençiyə "Ən yaxşı futbolçu” və "Ən yaxşı şahmatçı” fərdi mükafatları təqdim olunub.