Yuliya Ratkeviç dünya çempionatında bürünc medal qazanıb

Yuliya Ratkeviç dünya çempionatında bürünc medal qazanıb



Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın dördüncü günündə qadın güləşi üzrə 55, 59 və 63 kq çəki dərəcələrində güclülər bəlli olub.
Mundialda 59 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yuliya Ratkeviç yarımfinala qədər bütün rəqiblərini və təmiz qələbə ilə məğlub edib.
Yarımfinalda bolqarıstanlı Taybe Mustafa Yuseiə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Beləliklə, Ukrayna güləşçisi Tatyana Lavrençuku üstələyən Y.Ratkeviç dünya çempionatının bürünc medalını qazanıb.