Snayperlərimiz hələ ki ümidləri doğrultmurlar

Snayperlərimiz hələ ki ümidləri doğrultmurlar

Perunun paytaxtı Lima şəhərində keçirilən stend atıcılığı üzrə dünya çempionatı davam edir. Yarışların ilk günləri komandamız üçün heç də uğurlu alınmayıb. Belə ki, hədəf önünə keçən 3 snayperimizdə dəqiqlik çatmayıb. Təmsilçilərimizdən Skit növündə mübarizə aparan Emin Cəfərov 112 xal toplayıb. O, bu nəticə ilə dünya çempionatını 56-cı yerdə başa vurub. Həmin növdə gənclərin yarışında iştirak edən Niyaz Ağazadə və Fuad Qurbanov da mükafatçılar sırasına düşə bilməyiblər. Onlar, müvafiq olaraq, 33 idmançı arasında 27-ci və 29-cu yerləri tutublar.
Qeyd edək ki, sentyabrın 25-də başa çatacaq dünya çempionatında daha 3 idmançımız nəyə qadir olduğunu göstərəcək. Elvin İsmayılov böyüklərin, Əlimirzə Quliyev və Əli Hüseynli (hər üçü trap) isə gənclərin yarışında mübarizə aparacaqlar.