Azov komandası komandalarımızla qarşılaşacaq

Azov komandası komandalarımızla qarşılaşacaq

Sentyabrın 22-də qadın otüstü hokkeyçilərinin Azərbaycan çempionatının II dövrəsi çərçivəsində ilk görüşləri keçiriləcək. İlk oyun "Sumqayıt” və "Bakı” komandaları arasında olacaq. Növbəti görüşdə "Atasport-2” (Bakı) və "Samur”(Qusar) komandaları qarşılaşacaq.
Rusiyanın Azov şəhərini təmsil edən HK "Tana” komandasının da iştirak etdiyi kişi otüstü hokkeyçilərin açıq ölkə çempionatında isə II dövrənin ilk oyunları sentyabrın 27-də start götürəcək. Həmin gün "Atasport” (Bakı) və "Gənclik” (Sumqayıt) komandaları üz-üzə gələcəklər. "Akkord”(Bakı) isə "Şahdağ” (Qusar) hokkeyçilərini sınağa çəkəcək.
Qeyd edək ki, cari otüstü hokkey yarışlarının hamısı oktyabr ayının sonunda yekunlaşacaq.