Otüstü hokkey yarışlarında II dövrə başlayır

Otüstü hokkey yarışlarında II dövrə başlayır
Şənbə günü 18 yaşına qədər oğlan hokkeyçilər arasında II dövrənin ilk turunun oyunları start götürəcək. Reqlamentə görə yaz-payız sistemi ilə keçirilən Azərbaycan birinciliyinin I dövrəsində ölkəmizin müxtəlif şəhər və rayonlarının 8 komandası 2 yarımqrupda dairəvi sistem üzrə bir-biri ilə 2 dəfə qarşılaşıblar. Qruplarda ilk 2 yeri tutanlar payızda yenidən 2 yarımqrupa bölünəcəklər. "A” yarımqrupunda I dövrəni ilk 2 yerdə başa vuran 4 komanda mükafatlar uğrunda, digər 4 iştirakçı isə növbəti mövsümdən ölkə birinciliyində mübarizə aparmaq üçün 2-ci yer uğrunda yarışacaq.
İkinci dövrədə komandalar yarışa xalsız başlayacaqlar. I-IV yerlər uğrunda "A” qrupunda "Təhsil” (Sumqayıt), "Olimp” (Masallı), "Atasport-Binə” və "Astara” komandaları mübarizə aparacaqlar. "B” qrupunda (V-VIII yerlər uğrunda) isə "Göytəpə”( Cəlilabad), "Gəncə”, "Xəzər” (Lənkəran) və "Şəki” hokkeyçiləri yarışacaqlar.

18 yaşınadək oğlan hokkeyçilər arasında
oyunların təqvimi:

21 sentyabr

13:00 "Olimp” - "Atasport-Binə” - "A” qrupu
14:00 "Təhsil” - "Astara” - "A” qrupu
15:00 "Gəncə” - "Xəzər”- "B” qrupu
16:00 "Göytəpə” - "Şəki”- "B” qrupu