Azərbaycan komandası medalların sayını 13-ə çatdırıb

Azərbaycan komandası medalların sayını 13-ə çatdırıb


Azərbaycan idmançıları sentyabrın 26-da İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi oyunlarında 4 medal qazanıblar.
Gün ərzində yarışan hər üç ağırlıqqaldıranımız medal qazanıb. 77 kq çəkidə yarışan Əfqan Bayramov 320 kq (138 kq + 182 kq) nəticə ilə gümüş medal qazanıb. Ardınca isə digər ağırlıqqaldıranımız, 85 kq çəkidə Namiq Cəmilov 328 kq (151 kq + 177 kq) ağırlığın öhdəsindən gələrək yarışların bürünc medalını qazanıb. 94 kq çəkidə yarışan İntiqam Zairov da gümüş medal qazanıb. İntiqam birdən qaldırmada 165 kq, təkanla isə 200 kq qaldıraraq ümumi 365 kq nəticə göstərib.
Azərbaycan komandası günün sonunda 4-cü -qızıl medalını qazanıb. Belə ki, üzgüçü Boris Kirilov 200 metr məsafəyə arxası üstə uzmədə fəxri kürsünün birinci pilləsində qərar tutub.
Bununla da, Azərbaycan idmançılarının qazandıqları medalların sayı 13-ə yüksəlib. Azərbaycan yığması 4 qızıl, 6 gümüş və 3 bürünc medalla ümumi hesabda 7-ci yerdədir.