Gürcüstan, Serbiya və Portuqaliya yığmaları rəqiblərini darmadağın edib - VIDEO

Gürcüstan, Serbiya və Portuqaliya yığmaları rəqiblərini darmadağın edib - VIDEO

UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilib.

Olimpnews-un məlumatına görə, turun ilk oyun günündə A,B,C və D Liqalarında ümumilikdə 9 qarşılaşma oynanılıb.

A Liqasının 2-ci qrupunda Portuqaliya İsveçrəni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 2-ni Kriştianu Ronaldu vurub.

Qrupun digər oyununda İspaniya səfərdə Çexiyaya məğlubiyyətdən hər hissənin sonlarında vurduğu qollarla qurtulub.

B Liqasının 4-cü qrupunda Serbiya evdə Sloveniyanı darmadağın edib, Norveç isə səfərdə İsveç üzərində qələbə qazanıb. Skandinaviyalıların duelində hər iki qolu Erlinq Holann vurub.

C Liqasında 2-ci qrup qarşılaşmasında Kipr evdə Şimali İrlandiya ilə qolsuz heç-heçə edibsə, Yunanıstan səfərdə Kosovoya minimal hesabla qalib gəlib.

4-cü qrupun oyunlarına gəlincə, Şimali Makedoniya səfərdə Cəbəllütariqi 2:0 hesabı ilə yenib. Gürcüstan isə Bolqarıstanı darmadağın edərək, ardıcıl ikinci qələbəsini qazanıb.

Nəhayət, D Liqasında Malta səfərdə San-Marinoya qalib gəlib.

UEFA Millətlər Liqası

II tur

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - İsveçrə - 4:0

Qollar: Vilyam Karvalyu, 15. Kriştianu Ronaldu, 35; 40. Joau Kanselu, 68

22:45. Çexiya - İspaniya - 2:2

Qollar: Yakub Peşek, 5. Yan Kuxta, 66 - Qavi, 45+3. İnyiqo Martines, 90

Xal durumu: Portuqaliya - 4, Çexiya - 4, İspaniya - 2, İsveçrə - 0.

B Liqası

4-cü qrup

22:45. Serbiya - Sloveniya - 4:1

Qollar: Aleksandar Mitroviç, 24. Sergey Milinkoviç-Saviç, 56. Luka Yoviç, 85. Nemanya Radonyiç, 90+2 - Petar Stoyanoviç, 30

22:45. İsveç - Norveç - 1:2

Qollar: Antoni Elanqa, 90+2 - Erlinq Holann, 20 (pen.); 69

Xal durumu: Norveç - 6, Serbiya - 3, İsveç - 3, Sloveniya - 0.

C Liqası

2-ci qrup

20:00. Kipr - Şimali İrlandiya - 0:0

22:45. Kosovo - Yunanıstan - 0:1

Qol: Tasos Bakasetas, 36

Xal durumu: Yunanıstan - 6, Kosovo - 3, Şimali İrlandiya - 1, Kipr - 1

4-cü qrup

20:00. Cəbəllütariq - Şimali Makedoniya - 0:2

Qollar: Enis Bardi, 21. Boban Nikolov, 84

22:45. Bolqarıstan - Gürcüstan - 2:5

Qollar: Atanas İliev, 50. İliyan Stefanov, 83 - Zuriko Davitaşvili, 4. Andrea Xristov, 31 (öz qapısına). Budu Zivzivadze, 52. Xviça Kvaratsxeliya, 58 (pen.). Valeri Qazaişvili, 70

Xal durumu: Gürcüstan - 6, Şimali Makedoniya - 4, Bolqarıstan - 1, Cəbəllütariq - 0

D Liqası

2-ci qrup

17:00. San-Marino - Malta - 0:2

Qollar: Yan Busuttil, 58. Mettyu Giyomyo, 75

Xal durumu: Malta - 3 (1 oyuna), Estoniya - 3 (1), San-Marino - 0 (2).