Güləş üzrə Bakı birinciliyinə yekun vurulub

Güləş üzrə Bakı birinciliyinə yekun vurulub



Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında (1994-1996- ci il təvəllüdlülər arasında) sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Gənclər arasında sərbəst güləş üzrə yarışalrda 55 nəfər idmançı mübarizə aparıb. Nəticələrə görə Tofiq Sadıqlı (50 kq, DİN İC), Coşqun Məmmədli (55 kq, ROİL), Ağabəy Ramazanzadə (60 kq, MOİK), Elvin Xıdırov (66 kq, Bakı Türk Liseyi), Elçin Məmmədov (74 kq, Neftçi İSM), Elmar İsmayılov (84 kq, Gömrükçü), Zaur Məmmədli (96 kq, Gömrükçü) I yerlərə layiq görülüblər.
Yunan-roma güləşi üzrə yarışlarda isə 75 nəfər idmançı mübarizə aparıb. Yarışın nəticələrinə görə, Qurban Məmmədov (Neftçi İSM, 50 kq), Elçin Məmmədov («Spartak», 55 kq), Murad Bazarov (Neftçi İSM, 60 kq), Ruhin Mikayılov (Neftçi İSM, 66 kq), Şəmistan Quluzadə (Təhsil RİM, 74 kq), Eltun Vəzirzadə («Spartak», 84 kq), Türmən Eyyubov (ROİL, 96 kq), Əli Həsənov (Xosrov Cəfərov GK, 120 kq) I yerlərə layiq görülüblər.
I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Qalib idmançılar həm də "Hünər meydanı” respublika turnirinə vəsiqə əldə ediblər.

* * *
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında (1997-1998 ci il təvəllüdlülər arasında) yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyinə də yekun vurulub. İki gün davam edən yaışlarda Neftçi İSM, Cəngi, 6№-li UGİM, MOİK, Spartak, Pəhləvan, DİN İC, Məhsul İC, 16№-li UGİM, ROİL, Həyat İK, Bakı GK, 9№-li UGİM, İnter -i təmsil edən 228 nəfər idmançı mübarizə aparıb.
Yarışın nəticələrinə görə, I yeri Zaur Nuriyev («Məhsul», 42 kq), Seymur Hüseynov («Cəngi», 46 kq), Elgün Hüseynzadə («Cəngi», 50 kq), Kənan Vəliyev («Cəngi», 54 kq), Namiq İsmayılzadə («Cəngi», 58 kq), İbarət Məmmədli (DİN İC, 63 kq), Ülvi Qənizadə (Neftçi İSM, 69 kq), Rəşad Mustafayev (Neftçi İSM, 76 kq), Şamil Cunayev (DİN İC, 85 kq), Cavid Feyziyev («Pəhləvan», 100 kq), layiq görülüblər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Qeyd edək ki, I-IV yerə çıxmış idmançılar Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş Respublika turnirinə vəsiqə əldə ediblər.

Bakı şəhər Gənclər və İdman
Baş İdarəsinin mətbuat xidməti