Çimərlik futbolu üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Portuqaliyanın Nazare şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.

  AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, A Divizionunda yer alan yığma yarışa 3 qapıçı, 11 meydan oyunçusu ilə yollanacaq.

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Emin Mehdiyev, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynalli, Hüseyn Axundov, Sabir Allahquliyev

Qeyd edək ki, Azərbaycan millisi iyulun 1-də İtaliya, ertəsi gün Almaniya, iyunun 3-də isə İspaniya ilə üz-üzə gələcək.