"Turan Tovuz" "Sabah"ın 2 futbolçusunu icarəyə götürüb

"Turan Tovuz" "Sabah"ın 2 futbolçusunu icarəyə götürüb

"Turan Tovuz" "Sabah" klubunun daha bir futbolçusunu icarəyə götürüb.

"Olimpnews" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Şakir Seyidov 2022/2023 mövsümünü Tovuz klubunda keçirəcək.

Daha əvvəl, Veysəl Rzayev bölgə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

11:49

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan "Olimpnews"a verilən məlumata görə, Tovuz təmsilçisi "Sabah"ın yarımmüdafiəçisi Veysəl Rzayevi icarəyə götürüb.

20 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Veysəl Rzayev 2019-2020 mövsümündə "Turan Tovuz"un heyətində I Divizionun qalibi olub.