Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
"Olimpnews"un məlumatına görə, 35 yaşlı qrossmeyster XII turda qara fiqurlarla çinli Dinq Lirenlə üz-üzə gəlib.
26-cı gedişdə rəqibini məğlub edən Rəcəbov xallarının sayını 6-ya çatdırıb.
Təcrübəli şahmatçı hazırda 4-cü pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi növbəti turda ABŞ şahmatçısı Fabiano Karuana ilə qarşılaşacaq.