Azərbaycan atleti Fransadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan atleti Fransadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan atleti Aleksis Kopello Fransanın Sotteville-les-Rouen şəhərində keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanıb.

"Olimpnews"un məlumatına görə, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı "Meeting International de Sotteville 2022" yarışında 16.81 metr nəticə göstərib.

Qeyd edək ki, Aleksis Kopello 2017-ci ildən Azərbaycan millisində çıxış edir.