Oktyabrın 5-6-da Saxa Respublikasının Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir keçiriləcək. Sərbəst güləş üzrə keçiriləcək yarışda komandamızı 6 idmançı təmsil edəcək.
Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq), İbrahim Usubov, İlya Xamikoyev (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq) və Aslan Dzebişov (120 kq) yollanacaqlar.
Məlumat üçün qeyd edək ki, yarışların idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.
Yarışların proqramına əsasən oktyabrın 5-də 55 kq, 66 kq, 84 kq və 120 kq çəki dərəcəsində yarışan pəhləvanlar döşək üzərinə çıxacaqlar. Növbəti gün isə isə çəkisi 60 kq, 74 kq və 96 kq olan güləşçilər qüvvələrini sınayacaqlar.