“Beşiktaş”dan yeni transfer

“Beşiktaş”dan yeni transfer

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul təmsilçisi “Standard”dan (Belçika) Cekson Mulekanı transfer edib. İyirmi iki yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında “Kasımpaşa”da keçirib. O, bu müddət ərzində 14 matçda 12 qol vurub.