Konkisürənimiz Qran-pri yarışına yollanır

Konkisürənimiz Qran-pri yarışına yollanır

Oktyabrın 9-dan 13-dək Estoniyanın paytaxtı Tallin şəhərində gənclər arasında fiqurlu konkisürmə üzrə "Tallin kuboku-2013” Qran-pri yarışları keçiriləcək.
Kişilər arasında təşkil olunacaq yarışlarda Azərbaycanı gənc idmançı Larri Loupolover təmsil edəcək.
Qeyd edək ki, ölkəmizi təmsil edən L.Loupolover Polşada keçirilən "Baltika kuboku” oyunlarında 29-cu yerə layiq görülüb.