"Lex"in baş məşqçisi qovula bilər

"Lex"in baş məşqçisi qovula bilər

Polşanın "Lex" klubu baş məşqçisi Con van den Bromla yollarını ayıra bilər.

"Olimpnews" xəbər verir ki, bu barədə "Voetbalbelgie" nəşri iddia irəli sürüb.

Bildirilib ki, 56 yaşlı mütəxəssis göstərilən nəticələrə görə sorğu-sual edilib.

Niderlandlı baş məşqçi Polşa Super Kuboku uğrunda qarşılaşmadan və "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra nüfuzunu itirib. İki ağır məğlubiyyət və "Qarabağ" üzərində ilk matçdakı minimal hesablı qələbə van den Bromun istefasını gündəmə gətirib.

Qeyd edək ki, Con van den Brom "Lex"ə iyunun 16-da baş məşqçi təyin olunub. Onunla 2 illik müqavilə bağlanılıb.