Saxada xatirə turniri başlayır

Saxada xatirə turniri başlayır

Oktyabrın 5-6-da Rusiyanın Saxa Respublikasının Yakutsk şəhərində Rusiya Federasiyası və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş üzrə altıncı beynəlxalq turnir keçiriləcək.
Turnirdə sərbəst güləş üzrə yığma komandamızın üç üzvü iştirak edəcək. Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə Namiq Sevdimzadə (55 kq), Qalib Əliyev (60 kq) və İbrahim Usubov (84 kq) qatılacaqlar. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.
Turnirin proqramına əsasən, oktyabrın 5-də
55 kq, 66 kq, 84 kq və 120 kq, oktyabrın 6-da isə 60 kq, 74 kq və 96 kq çəki dərəcələrində pəhləvanlar qüvvələrini sınayacaqlar.