"Qarabağ"ın yeni transferi "Sürix"lə oyun üçün sifariş olunub

"Qarabağ"ın yeni transferi "Sürix"lə oyun üçün sifariş olunub

"Qarabağ"ın yeni transferi Julio Roman Bakıda İsveçrə "Sürix"inə qarşı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda iştirak edə biləcək.

Bu barədə "Olimpnews"a "köhlən atlar"ın Mətbuat Xidmətindən məlumat verilib.

24 yaşlı yarımmüdafiəçi İsveçrə təmsilçisi ilə görüşlər üçün sifariş olunub.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.