Soyuq Helsinkidə isti həyəcan 

Soyuq Helsinkidə isti həyəcan 

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək. Helsinki Olimpiya Stadionunda təşkil olunacaq görüşdə İspaniyanın “Real Madrid” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.
Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqası, Frankfurt təmsilçisi isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.
İndiyədək yeddi dəfə Superkubok matçında iştirak edən “Real Madrid” aktivinə dörd qələbə yazdırıb. “Ayntraxt” isə belə bir matça ilk dəfə çıxacaq.
"Kral klubu" Çempionlar Liqasının, Frankfurt təmsilçisi isə Avropa Liqasının son qalibi kimi Superkubok matçında oynamaq hüququ qazanıb. Tərəflər 62 ildən sonra yenidən avrokubokların finalında qarşılaşacaq. İspaniya və Almaniya təmsilçiləri daha əvvəl 1959/1960 mövsümündə UEFA Çempionlar Kubokunun həlledici oyununda bir-birinə rəqib olub. Həmin görüşdə 7:3 hesablı qələbə qazanan Madrid klubu ardıcıl 5-ci dəfə titula sahib çıxmışdı.
Avropa futbol qurumu qu qarşılaşmada ilk dəfə Yar Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edəcək. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyəcək.
Bunadək 7 dəfə Superkubok matçına çıxan "Real Madrid" bunların 4-də qələbə qazanıb. "Ayntraxt" isə ilk dəfə belə bir qarşılaşmada iştirak edəcək.