İdman gimnastımız Konya-2021-də gümüş medala sahib çıxdı 
 

İdman gimnastımız Konya-2021-də gümüş medala sahib çıxdı   

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastikası yarışları davam edir. Yarışda ölkəmizi təmsil edən İvan Tixonov çoxnövçülükdə mübarizə aparıb. Təmsilçimiz Konyada uğurla yarışaraq gümüş medala layiq görülüb. Komanda yarışlarında isə millimiz yarışı dördüncü pillədə başa vurub.