Bədii gimnastımız Konya-2021-də növbəti qızıl medalını qazanıb

Bədii gimnastımız Konya-2021-də növbəti qızıl medalını qazanıb

Bədii gimnastımız Zöhrə Ağamirova Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında ikinci qızıl medala sahib olub. Təmsilçimiz lent ilə çıxışında bütün rəqiblərini qabaqlayaraq birinci olub. Daha əvvəl Z.Ağamirova gürzlərlə yarışda birinci, top və halqa ilə yarışlarda isə ikinci pillədə qərarlaşıb.

Ötən gün gimnastlarımız 4 hərəkətin cəminə görə, komanda yarışlarında birinci olmuşdu.