Konya-2021: Voleybol millimiz yarımfinalda məğlub oldu 

Konya-2021: Voleybol millimiz yarımfinalda məğlub oldu 

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb. Yığma komandamız İran millisi ilə qarşılaşıb. Komandamız rəqibinə 1:3 hesabı ilə məğlub olub. Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi də yarımfinalda İran ilə üz-üzə gəlib. Görüş İran millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.