Bədii gimnastımız Zöhrə Ağamirova Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha iki medal qazanıb. Təmsilçimiz top ilə çıxışında gümüş medala sahib olub. Gürzlərlə proqramını uğurla yerinə yetirən gimnastımız bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb. Daha əvvəl Z.Ağamirova halqa ilə yarışda gümüş medal əldə etmişdi.
Ötən gün gimnastlarımız 4 hərəkətin cəminə görə, komanda yarışlarında birinci olmuşdu.
Bədii gimnastımız İslamiadada qızıl və gümüş medal qazandı