Azərbaycan idmançısı “Red Bull King of the Rock-2013” final oyunlarında iştirak edib

Azərbaycan idmançısı “Red Bull King of the Rock-2013” final oyunlarında iştirak edib



San-Fransisko şəhərində küçə basketbolu üzrə 2013-cü ilin dördüncü və sonuncu "Red Bull King of the Rock-2013” final oyunları keçirilib.
Çempionatda 19 ölkədən 64 güclü küçə basketbolçuları ən məşhur "Alkatrasda” simvolik meydançasında toplaşıblar.
Turnirdə Azərbaycanı milli "Red Bull King of the Rock-2013” çempionatının qalibi Amil Həmzəyev təmsil edib.
Uçulmuş divarların arasında və həbsxananın qaranlıq, soyuq çatlamış beton həyətində oyunçular bir-biriləri ilə yüzlərlə tamaşaçının və fəxri qonaq olan Bleyk Qriffinin qarşısında mübarizə aparıblar.
Yarışın sonunda Tarron "The Beast” Uilliams bütün rəqiblərinə qalib gələrək "kral” adına nail olmuşdur. Ləqəbini Baron Deyvisdən almış Kaliforniya ştatının İnglevud şəhərindən olan otuz altı yaşlı Tarron "The Beast” Uilliams İspaniyadan olan Sergio de la Fuenteyə 6:0 hesabı ilə qalib gəlmiş və qayanı çempion kimi tərk etmişdir.
T.Uilyams açıqlamasında bildirib ki, mübarizə çox çətin keçib, lakin bu turnir üçün məsuliyyətlə hazırlaşıb.
Yarışın sonunda B.Qriffi deyib ki, "Red Bull King of the Rock” inanılmaz hadisədir. Qeyd etmişdir ki, builki turnir onun iştirak etdiyi ən əla basketbol yarışıdır. Bu, artıq Amerikanın hakim olduğu idman növü deyildir.
Bildirmişdir ki, ilk dəfə 2010-cu ildə keçirilmiş "Red Bull King of the Rock” yeganə rəsmi idman yarışıdır ki, burada basketbol ilk dəfə 50 il əvvəl məhbusların adanı tərk etdiyi andan etibarən oynanıb. Builki yarışda isə Birləşmiş Ştatlardan əlavə, Avstriya, Azərbaycan, Bəhreyn, Braziliya, Çex Respublikası, Gürcüstan, Honq- Konq, İtaliya, Yaponiya, İordaniya, Küveyt, Livan, Rusiya, Serbiya, İspaniya, Tayvan, Tunis və Birləşmiş Ərəb Əmirliklərinin idmançıları iştirak ediblər.
Qeyd edək ki, növbəti "Red Bull King of the Rock” çempionatı 2014-cü ildə Tayvanda keçiriləcək.