Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb. Üzgüçümüz Ramil Vəlizadə finişə hamıdan tez çatıb. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərərək birinciliyi əldə edib. Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.
Konya-2021: Üzgüçülükdə ilk qızıl medal
![Konya-2021: Üzgüçülükdə ilk qızıl medal](https://olimpnews.az/uploads/img/posts/2022/08/17/Uzguculuk qiziljpg-1660738349.jpg)