Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə Azərbaycan komandası üçüncü medalını qazanıb. Komandamızın üzvü Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında üçüncü yeri tutub. İdmançımız bu məsafəni 1 dəqiqə, 2,24 saniyəyə qət edib.
Üzgüçümüz İslamiadada daha bir medala sahib oldu